kriminal.az
Rafel Hüseynov:

"Son dövrlərdə dünyanın aparıcı nəşrlərindən olan "The Washington Post"da dərc olunan məqalələr təəccüb doğurur. Qəzetin yaranmasında əsas şüarı "demokratiya naminə"dir. Amma bir mətbu oqranı qəsdən faktları dəyişdirəndə, kənardan təzyiqə məruz qalıb idarə olunanda məhv olur".

Kriminal.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında parlament sədrinin müavini Rafael Hüseynov deyib.

Onun sözlərinə görə, "The Washington Post"un cari ilin 11 mart, 16 oktyabr və 29 oktyabrındakı Qarabağ və iqlim konfransı ilə bağlı məqalələri ittihamlarla doludur:

"Qəzet "Boşaldılmış ərazilər" yazısında ermənilərin Qarabağdan könüllü getməsini "etnik təmizləmə" adlandırır. Halbuki, ermənilərin azərbaycanlılara qarşı etnik təmizləməsi bütün dünyaya məlumdur. Bəs bunları niyə yazmırlar? Azərbaycanlılara qarşı 30 il ərzində cinayətlər törədilib, ərazilərimiz xarabazara çevrilib, amma bunlar qalıb bir yana, "The Washington Post" Azərbaycan əleyhinə iddialar irəli sürür".

"Bununla yanaşı, Qarabağ da daxil olmaqla Azərbaycan ərazisindəki bütün mədəni irs nümunələri, hansı etnik qrupa aid olmasından asılı olmayaraq, Azərbaycana aiddir. Amma Azərbaycan abidələrinin ermənilər tərəfindən dağıdılması da faktdır və qəzet buna da susur. Biz heç bir vəchlə dözə bilmərik ki, dünya tarixində iz qoyan "The Washington Post" kimi nüfuzlu qəzet saxtakarlığa xidmət edən erməni qəzetinə dönsün", - deyə sədr müavini əlavə edib.

Mərahim Nəsib

Top
0.11195397377014