kriminal.az
Ermənistan Azərbaycanla şərti sərhəddə

Ermənistanın oktyabrın 8-də şərti dövlət sərhədində qaldırdığı və üzərində səlibçi xaçları olan bayraqlar endirilib.

Bununla bağlı APA məlumat yayıb.

Bildirilib ki, dünən saat 17-18 radələrində erməni tərəfi Vorotan kəndi ərazisinə qaldırıcı kran gətirib, üzərində xaç olan bayrağı endirib, yerində Ermənistanın üzərində xaç olmayan dövlət bayrağını qaldırıb.

Dünən saat 20 radələrində isə ermənilər kranla Şurnuxu kəndindəki xaçlı bayrağı endirib, yerində üzərində xaç olmayan, adi bayraq qaldırıblar.

Xatırladaq ki, xaçlı bayraqlar Gorusun Şurnuxu və Vorotan kəndlərində qaldırılmışdı.

Top
0.046489000320435