kriminal.az
Naqif Həmzəyev:

"Azərbaycanda nəqliyyat infrastrukturu təkmilləşdirilir, Gəncəyə də müasir qatar reysi fəaliyyət göstərir, ancaq bəzi texniki məsələlər var ki, bunu həll etmək zəruridir".

Kriminal.Az xəbər verir ki, unu deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, texniki problemlərdən biri odur ki, sərnişinin qatara yalnız 23 kq baqaj yükü keçirməsinə icazə verilir.

"İkinci çantanı daşımağa icazə vermirlər. Bu da sərnişinlər arasında narazılıq yaradır. Çox xahiş edirəm, ən azından ödənişli əsaslarla ikinci baqajı keçirmək imkanı yaradılsın", - deyə deputat əlavə edib.

Top
0.14802098274231