kriminal.az
Premyer Liqa:

Bu gün Azərbaycan Premyer Liqasının XII turunun ikinci oyun günündə bir görüş keçiriləcək.

Kriminal.Az xəbər verir ki, son turlar uğursuz çıxışları lə yadda qalan iki klub - "Şamaxı" və "Zirə" qarşılaşacaqlar.

Oyun Şamaxı şəhər stadionunda keçiriləcək.

1 noyabr

Azərbaycan Premyer Liqası

XII tur

15:00. "Şamaxı" - "Zirə"

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev

Şamaxı şəhər stadionu

Qeyd edək ki, 12-ci turun son 2 matçı 3 noyabr tarixlərində keçiriləcək.

Xatırladaq ki, ötən gün "Neftçi" evdə "Araz-Naxçıvan"a minimal hesabla uduzub. "Turan-Tovuz" - "Qarabağ" matçında isə qol vurulmayıb. Turun digər iki qarşılaşması noyabrın 3-də gerçəkləşəcək.

Top
0.093387126922607