kriminal.az
300-dən çox moldovalı prezident seçkisində səs vermək üçün Bakıya gəlib

Moldovada prezident seçkisinin ikinci turunda səs vermək üçün Rusiyanın Sankt-Peterburq şəhərindən Bakıya 300-dən çox moldovalı gəlib.

Kriminal.Az bu barədə TASS-a istinadən xəbər verir.

Bakıda Moldova səfirliyində açılan bir seçki məntəqəsi fəaliyyət göstərir.

Seçicilərin özlərinin dediyi kimi, onlar Sankt-Peterburqdan iki təyyarə ilə uçublar.

Qeyd olunur ki, Moldova hakimiyyəti Sankt-Peterburqda seçki məntəqəsi açmadığı üçün orada səs vermək mümkün olmayıb.

Qeyd edək ki, noyabrın 3-də Moldovada prezident seçkisinin ikinci turu keçirilir. Səsvermədə hazırkı prezident Maya Sandu və onun ən yaxın rəqibi Aleksandr Stoyanoqlo mübarizə aparır.

Top
0.073932886123657