kriminal.az
Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

"Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib".

Kriminal.Az xəbər verir ki, bu məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, 78 saylı Lənkəran kənd, 5 saylı Babək-Naxçıvan-Culfa seçki dairə komissiyalarının tərkibində dəyişiklik edilməsi qərara alınıb.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, 21 saylı Nəsimi-Binəqədi dairə seçki komissiyasının da tərkibində dəyişiklik edilib.

Həmçinin, MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən 41 saylı Gəncə-Samux- Goranboy, 83 saylı Beyləqan və 103 saylı Şəmkir kənd seçki dairə komissiyalarının da tərkibində dəyişiklik edilib.

Qərar səsverməyə çıxarılaraq qəbul edilib.

Mərahim Nəsib

Top
0.047648906707764