kriminal.az
Güler:

"Türkiyə daim Azərbaycanın yanındadır".

"Report" xəbər verir ki, bunu 8 Noyabr - Zəfər günü ilə əlaqədar Ankarada keçirilən tədbirdə Türkiyənin milli müdafiə naziri Yaşar Güler bildirib.

Nazir "İki dövlət, tək millət" anlayışını xatırladaraq deyib ki, hər iki qardaş ölkə tarix boynca sevinc və kədərlərini birlikdə yaşayıb, çətin zamanlarda bir-birlərinə dəstək olub:

"Türkiyə və Azərbaycan arasında başda müdafiə və təhlükəsizlik olmaqla bütün sahələrdə iş birliyi və həmrəylik var. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür".

Y.Güler vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasındakı inteqrasiya bölgədə sülh və sabitliyin davamı üçün güclü amildir.

Top
0.092343091964722