kriminal.az
De Kro:

"Belçika Azərbaycanla cəsarətli iqlim fəaliyyətlərinin həyata keçirilməsində əməkdaşlıq etməyə hazırdır".

Kriminal.Az xəbər verir ki, bunu Belçikanın Baş naziri Aleksandr De Kro Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra "X" sosial şəbəkəsində yazıb.

"Biz iqlim dəyişikliyi ilə mübarizədə cəsarətli tədbirlərin həyata keçirilməsində əməkdaşlığa hazırıq və bu tədbirlər real dəyişikliklərə səbəb olacaq", - o qeyd edib.

Siyasətçi, həmçinin vurğulayıb ki, Bakı və İrəvan arasında davamlı və ədalətli sülh sazişi Qafqaz regionunun bütün ölkələrinin maraqlarına cavab verir. Onun sözlərinə görə, bu, Aİ və Belçika ilə daha sıx əməkdaşlığa yol açacaq.

Top
0.31008005142212