Suriyada silahlılar Prezident Bəşər Əsədin Dəməşqdəki iqamətgahını ələ keçirib və onun qarajında lüks avtomobil kolleksiyası aşkar ediblər.
Kriminal.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
"Əsədin qarajına daxil olanlar xeyli dəbdəbəli avtomobil aşkarlayıblar. Maşınlar müxalifət qüvvələri tərəfindən müsadirə edilib, - məlumatda bildirilir.
Qeyd olunur ki, suriyalı yaraqlılar aşkar edilmiş avtomobillərin sayı və dəbdəbəsindən şoka düşüblər.
Bəşər Əsədin qarajından lüks avtomobillərin görüntüləri yayıldı