kriminal.az
Yaponiyada turist avtobusu aşıb: Onlarla xəsarət alan var

Yaponiyanın Okayama prefekturasında turistləri daşıyan avtobus aşıb.

Kriminal.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

İlkin məlumatlara görə, avtobusda 40-a yaxın adam olub. Hadisə nəticəsində xəsarət alan 10 nəfər xəstəxanaya çatdırılıb.

Hələlik turistlərin hansı ölkədən olduqlarına dair məlumat verilməyib.

Top
0.063732862472534