kriminal.az
Mixail Podolyak:

"Ukrayna Rusiya ilə danışıqlara hazırdır".

Kriminal.Az-ın xəbərinə görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenskinin Ofisinin rəhbər müşaviri Mixail Podolyak "Kanal 24"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Kiyev Moskva ilə danışıqlar prosesinə başlamağa hazırdır. Bununla belə, o qeyd edib ki, sadə bir həll yolunu gözləmək lazım deyil.

"Ukraynaya ədalətli sülh şərtləri lazımdır", - deyə Podolyak qeyd edib.

Xatırladaq ki, daha əvvəl Kremlin nümayəndəsi Dmitri Peskov Rusiyanın Vladimir Putinin irəli sürdüyü şərtlər əsasında Ukrayna ilə danışıqlara hazır olduğunu bildirmişdi.

Həmçinin, dekabrın 8-də ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Putindən Ukrayna probleminin həlli ilə bağlı işə başlamağı xahiş edib. Onun fikrincə, Çin bu işdə kömək edə bilər.

Top
0.048995971679688