Şri-Lankada 10 minə yaxın sakin həkimlərə məlum olmayan xəstəliyə yoluxub.
Kriminal.Az xəbər verir ki, bu barədə "Daily Mirror" ölkənin Səhiyyə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.
Həkimlərin fikrincə, Cafna şəhərində xəstəliyin yayılmasına Şri-Lankada əlverişsiz hava şəraiti fonunda baş verən siçovul qızdırması adlandırılan xəstəlik səbəb ola bilər. Daşqınlar və yağışlar səbəbindən bir çox ərazilər su altında qalıb, buna görə də, yoluxma hallarının sayı artır.
Xəstəliyin əsas daşıyıcıları gəmiricilər və həşərat yeyən heyvanlar hesab olunur.