Bu gün Gürcüstanda parlament ölkənin altıncı prezidentini seçəcək.
Kriminal.Az TASS agentliyinə istinadən xəbər verir ki, seçki Parlament Sarayında baş tutacaq.
Gürcüstanın altıncı prezidenti postuna yeganə namizəd "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyası tərəfindən namizədliyi irəli sürülən Mixail Kavelaşvilidir.
Müxalifət oktyabrın 26-da keçirilən parlament seçkisinin nəticələrini tanımayıb, qanunverici orqanın iclaslarını boykot edib və namizəd irəli sürməyib.
Bu səbəbdən müxalifətdən olan deputatlar səsvermədə iştirak etməyi planlaşdırmırlar.