kriminal.az
Türkiyə Suriyanın hava məkanı ilə bağlı xəbərdarlıq edib

Əgər Təl-Əviv Suriyanın şimalında fəaliyyət göstərən YPG (Xalq özünümüdafiə dəstələri) silahlılarına atəş dəstəyi verərsə, Ankara İsrailin döyüş təyyarələrini vurmaq niyyətindədir.

Kriminal.Az xəbər verir ki, məlumatı "Türkiyənin Səsi" radiosu yayıb.

"İsrail belə addımlar atmağa qərar verərsə, hava hücumundan müdafiə sistemlərimiz və qırıcılarımız onları məhv etməyə hazır olacaqlar", - deyə Türkiyə silahlı qüvvələrinin rəsmisi radiostansiyaya bildirib.

Xatırladaq ki, Türkiyə hakimiyyəti Suriya ilə sərhəddə nəzarəti təmin etmək və onun ərazisindən gələn terror təhlükələrini minimuma endirmək üçün Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılmasını başa çatdırmaq niyyəti barədə xəbərdarlıq etmişdi.

Top
0.046397924423218