kriminal.az
Rusiyalı kişinin həbsxanaya düşmək

Rusiyanın Krasnoyarsk şəhərinin sakini olan qadın keçmiş ərini elə onun öz xahişi ilə oğurluqda ittiham edib və özü də istintaqa cəlb olunub.

Kriminal.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Krasnoyarsk diyarı üzrə Baş İdarəsi məlumat verib.

Məlumata görə, avqust ayında qadın növbətçi məntəqəyə müraciət edib və pul vəsaitinin oğurlandığı barədə ərizə təqdim edib. Qadına yalandan ittihama görə cinayət məsuliyyətinə cəlb ediləcəyi bildirilib. Lakin o iddia edib ki, vətəndaş nikahında olduğu keçmiş əri ticarət mərkəzində olarkən ondan 3 min rubl (təxminən 50 manat) oğurlayıb. Ehtimal olunan hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib və qadının verdiyi ifadəni təsdiq edəcək dəlil tapa bilməyib.

Məlum olub ki, əslində oğurluq hadisəsi baş verməyib və ərizə verən qadın keçmiş sevgilisinə elə onun öz xahişi ilə böhtan atıb. Kişi etiraf edib ki, bu yolla istintaq təcridxanasına düşmək niyyətində olub, çünki onun yaşayış üçün evi və qida üçün pulu yoxdur. Nəticədə yalan ittihama görə onların hər ikisinə qarşı cinayət işi açılıb və yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaqlar.

Top
0.04957914352417