Polşalı deputat Qjeqoj Braun Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib ki, avropalı bürokratlar bəzi ölkələri qarət etmək üçün onları pis təqdim edirlər.
Kriminal.Az xəbər verir ki, o bu fikri özünün "X" səhifəsində paylaşıb.
"Artıq neçə müddətdir sizin buradakı debatlarınızı dinləyirəm, hər dəfə siz kimisə pis elan edirsiniz. Siz açıq-aydın Rusiya, Çin, Şimali Koreya, İran, Suriya, Gürcüstan, Moldova, Rumıniyanın adlarını çəkdiniz. Budur, sizin bəyənmədiyiniz ölkələr. Siz Avropanı müharibəyə sürükləmək istəyirsiniz", - deyə Qjeqoj Braun qeyd edib.
Q.Braun, həmçinin qeyd edib ki, avropalı məmurlar militarist planlar quraraq, həm Avropa, həm də bəşəriyyətin digər hissəsi üçün təhlükə törədirlər.