Dekabrın 18-də Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişvili Avropa Parlamenti qarşısında ölkədə baş verən aktual hadisələrlə bağlı çıxış edib.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə "Vestikavkaza.ru" nəşri məlumat verib.
Məlumata görə, Baş nazir İrakli Kobaxidze Salome Zurabişvilinin bəyanatlarının əhəmiyyətsiz və absurd olduğunu deyib.
"İlk dəfədir ki, bir adamın öz kreslosundan necə yapışdığını görürəm. O, öz vəzifəsi ilə vidalaşmaq istəmir, ona görə də çox ağır emosional vəziyyətdədir", - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, dekabrın 18-də Salome Zurabişvili Avropa Parlamentində çıxışında Aİ-ni Gürcüstandakı "siyasi böhranı" həll etmək üçün daha sürətli hərəkət etməyə çağırıb.
Xatırladaq ki, Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da, ölkənin yeni prezidenti Mixail Kavelaşvilinin andiçmə mərasimi günü başa çatır. Buna baxmayaraq, Salome Zurabişvili özünü Gürcüstanda yeganə legitim hakimiyyət hesab edir və prezident kreslosunu tərk etməyəcəyini deyir.