kriminal.az
Dolların qiymətinə təsir edən mühüm qərar AÇIQLANDI

ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 25 faiz bəndi azaldaraq illik 4.25-4.5% diapazonuna endirib.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, FED, həmçinin, ABŞ-nin 2024-cü il üçün ÜDM artımı proqnozunu 2.0%-dən 2.5%-ə, 2025-ci il üçün isə 2.0%-dən 2.1%-ə yüksəldib.

Qeyd edək ki, uçot dərəcəsi ilə bağlı qərar dünya bazarlarında dolların məzənnəsində dəyişikliklərə səbəb ola bilər.

Top
0.040807008743286