Rusiyanın Tatarıstan Respublikasında 54 yaşlı Vladimir Şişkanov altı yaşlı qıza qarşı zorakılıq etməkdə təqsirləndirilib.
Kriminal.Az "Mash" "Telegram" kanalına istinadən xəbər verir ki, o, Buqulma şəhərində tanınan Şaxta babadır. Kişi şəhəri gəzərək uşaqlara konfet paylayıb, azyaşlıları evinə dəvət edib.
Məlumata görə, həmin şəxs təmir işi gördüyü tanışlarının evində onların qızına təcavüz etməkdə ittiham olunur. O, öz hərəkətlərini telefona çəkib, videonu montaj edib və mesencer vasitəsilə həmsöhbətlərinə göndərib.
Şübhəli şəxs saxlanılıb. Onun telefonunda digər uşaqlara nalayiq mesajlar da tapılıb. Məlum olub ki, Şişkanov əvvəllər artıq oxşar cinayətə görə məhkum olunub.
İndi istintaq onun başqa cinayətlərdə iştirakının mümkünlüyünü nəzərdən keçirir.