Göyərtəsində Suriya və Misirdən 16 dənizçinin olduğu gəmi Kerç boğazında, "Kavkaz" limanı yaxınlığında qəza siqnalı göndərib.
Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından məlumat verilib.
"Gam Express" ekipajından müraciət daxil olub. Vəziyyət pisdir: ərzaq yoxdur, içməli su da yoxdur, işəgötürən isə sonuncu dəfə avqustda maaş verib. İndi onlar SOS siqnalı göndəriblər və limana daxil olmağa ümid edirlər", - Rusiya Dənizçilərinin Həmkarlar İttifaqından bildirilib.
Gəmi Qvineya-Bisau bayrağı altında üzür. Birliyin məlumatına görə, göyərtədə olanlardan biri Misir, 15-i Suriya vətəndaşıdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Kerç boğazında iki tanker .