Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla gürcüstanlı həmkarı Maka Boçorişvilinin geniş tərkibdə görüşü olub.
Kriminal.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirilib.
Görüş çərçivəsində tərəflər Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, təhlükəsizlik, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya, humanitar, habelə regional və qarşılıqlı maraq doğuran beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Ceyhun Bayramov həmkarına münaqişədən sonrakı yenidənqurma, minalardan təmizləmə və sülh səyləri, eləcə də davam edən sülh prosesində mövcud problemlər barədə məlumat verib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilini qarşılayıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin təkbətək görüşü başlayıb.