kriminal.az
İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

Yanvarın 22-i və 23-də İranla Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın 16-cı iclası keçiriləcək.

Bu barədə "Azad İran" "Telegram" kanalı "Mehr"ə istinadla xəbər yayıb.

Bildirilir ki, İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev Tehranda həmin iqtisadi komissiyanın rəhbərləri qismində rəsmi görüş keçirəcəklər.

Görüşdə nəqliyyat, bank işi, investisiya, energetika, kənd təsərrüfatı, mədəniyyət və kommunikasiya məsələləri daxil olmaqla müxtəlif mövzular müzakirə ediləcək.

Bundan əlavə, yanvarın 23-də bütün müzakirə olunan məsələlərin yekunlaşdırılmasından sonra İranın yol və şəhərsalma naziri və Azərbaycanın Baş nazirinin müavini arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanacaq.

Top
0.043078184127808