kriminal.az
Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı qaldırıldı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşlarının artırılması haqqında Fərman imzalayıb.

Kriminal.Az President.az-a istinadən bildirir ki, fərmanla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək, Daxili İşlər və Maliyyə nazirliklərinə bu fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görmək həvalə olunub.

Bu Fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Top
0.045048952102661