kriminal.az
XKX və DTX-nin həqiqi hərbi xidmət hərbi qulluqçularının maaşı artdı

Prezident İlham Əliyev bir sıra qurumların əməkdaşlarının əməkhaqqıları ilə bağlı fərmanlar imzalayıb.

Kriminal.Az President.az-a istinadən bildirir ki, Prezidentin müvafiq fərmanları ilə Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılır.

Fərmanlar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Top
0.049092054367065