kriminal.az
KİV: Reyunyon adasındakı vəziyyət Parisin dənizaşırı ərazilərdəki qəddarlığının nümunəsidir

Fransa yürütdüyü müstəmləkə siyasəti ilə özünün dənizaşırı ərazilərində mədəni müxtəlifliyi məhdudlaşdırır və Reyunyon adası bunun bariz nümunəsidir.

Kriminal.Az "Report"a istinadən xəbər verir ki, bu barədə "Fransadakı müsəlmanlar" jurnalında dərc edilmiş məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, Fransanın müstəmləkə siyasəti milli kimlikdən tam imtinanı və tabe edilmiş xalqların "tam hüquqlu" vətəndaş statusu əldə etmək üçün fransız dili, dəyərləri və institutlarını mənimsəmələrini nəzərdə tutan assimilyasiyaya yönəlib.

Müəllif vurğulayır ki, bütün bunlar ciddi mədəni və irqi təzyiqlər fonunda bərabərlik ideyaları ilə ört-basdır edilir.

"Reyunyonda assimilyasiya çox spesifik forma alıb. Əvvəlcə adanın yerli əhalisi Hindistan, Çin, Madaqaskardan olan qullar və muzdlu işçilərlə əvəzlənib. Əlbəttə, burada avropalı müstəmləkəçilər də məskunlaşıblar. Yerlilərin mədəni müxtəlifliyi yalnız Avropa mədəniyyətinə qiymət verən müstəmləkə sistemi tərəfindən sıxışdırılıb. Eyni zamanda, yerli mədəniyyət və tarix tez-tez gizlədilib və ya rəsmi diskurslardan tamamilə çıxarılıb", - deyə məqalədə qeyd olunub.

Top
0.046333074569702