kriminal.az
Surxay Əliyev və Cinayətkar Şəbəkəsi

Azərbaycanın hüquq sistemi uzun müddətdir ki, reketçilik, şantaj və qanunsuz ticarətlə məşğul olan cinayətkar qruplaşmalarla mübarizə aparır. Lakin bəzi hallarda bu qruplaşmaların kökləri o qədər dərinə işləyir ki, onların tamamilə ifşa olunması və məsuliyyətə cəlb edilməsi uzun illər çəkir. Bu gün isə cəmiyyətimizin diqqətində olan əsas mövzulardan biri Surxay Əliyev və onun cinayətkar şəbəkəsidir. Onun və müavini Hikmət Nəcəflinin növbəti məhkəmə iclası fevralın 12-də davam edəcək. Surxay Əliyev uzun müddətdir ki, jurnalistika adı altında reketçilik fəaliyyəti ilə məşğul olub. Onun rəhbərlik etdiyi şəbəkə təkcə şantaj və dələduzluqla deyil, gizli qaydada informasiya alınmaqla müvafiq texniki vasitələrdən istifadə etməklə qadınları imkanlı şəxslərlə görüşdürüb, münasibətlərinin gizli video çəkilişlərinin aparılması onları gizli şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütamadi olaraq mətbu orqanlarda dərc etdirib bunun müqavilində bu yolla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan küllü miqdarda haqq toplanılması Azərbaycan Respublikası ərazisində reket nəşrlər yaradıb bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan qardaşları Oqtay Əliyevin, Xasay Əliyevin, və onların cinayətkar əməllərini “hüquqi” müstəvidə həlk olunmasına dəstək verən Fərhad Kazımovun silsiləli cinayət əməlləri həm də qanunsuz ticarət, vergidən yayınma, ekoloji cinayətlər və hüquq sisteminin manipulyasiyası ilə məşğul olur. Onun qardaşları Oqtay Əliyev, Xasay Əliyev və bu cinayətkar qruplaşmanın hüquqi rəsmiləşdirilməsini həyata keçirən Fərhad Kazımov bu dəstənin azadlıqda gəzən əsas üzvləri hesab olunur. Xatırladaq ki, ikinci dəfə həbs edilən Surxay Əliyev və müavini Hikmət Nəcəfli polis əməkdaşları tərəfindən saxlanılıb. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb. Dövlət ittihamçısı Surxay Əliyev üçün 9 il, Hikmət Nəcəfli üçün isə 9 il 6 ay həbs cəzası tələb edib. Lakin bu həbslər cinayətkar şəbəkənin tam ifşası və fəaliyyətinin dayandırılması anlamına gəlmir. Məlumata görə, Surxay Əliyevin yerinə onun qardaşı Oqtay Əliyev keçib və cinayət əməliyyatlarını davam etdirir. Surxay Əliyev ailəsinin cinayət əməlləri təkcə şantaj və dələduzluqla məhdudlaşmır. Onlar Gədəbəy rayonunun Turşsu bölgəsində qanunsuz biznes fəaliyyəti apararaq yüz illərlə yaşı olan ağacları qırıb, qeyri-qanuni mehmanxanalar, koteclər və restoranlar inşa edərək fahişə yuvaları düzəltmişlər. Daha dəhşətlisi isə həmin ərazidə əhalinin su yataqlarını dəyişdirərək qanunsuz genidəyişdirilmiş (trasgen) balıqçılıq fəaliyyəti ilə məşğul olmalarıdır. Bu balıqlar heç bir sanitariya nəzarətindən keçmədən Bakı bazarlarında satılır və insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu cinayətkar fəaliyyətlər vergidən yayınma ilə yanaşı, ekoloji fəlakətə də səbəb olub. Lakin hələ də onların bu əməlləri tam ifşa olunmayıb. Surxay Əliyevin azadlıqda qalan qardaşı Oqtay Əliyev bu gün də insanları şantaj edərək onların şəxsi görüntülərini əldə edir və hədə-qorxu yolu ilə külli miqdarda pul tələb edir. O, müxtəlif şəxsləri əxlaqsız qadınlarla görüşdürüb, gizli videolarını çəkdirərək onları bu görüntülərlə təhdid edir. Məlumatlara görə, Oqtay Əliyevin Daxili İşlər Nazirliyində yüksək vəzifədə çalışan bir qaynı var və məhz onun dəstəyi ilə bu şəbəkənin cinayət əməlləri ört-basdır edilir. Surxay Əliyevin Moskvada tekstil biznesi ilə məşğul olan qardaşı Xasay Əliyev erməni əsilli Jannan adlı qadınla illərdir qeyri qanunu münasibətdədir.Ən dəhşətlisin isə Jannanın tək özü ilə deyil eyni zamanda qızı ilə munasibəti ikili davam etməkdədir.Xasay Əliyev 2020 ci ildə pandemiya dövründə Çin vətəndaşı olan partnyorundan 200000 min dollarlıq maska alaraq Türkiyeye göndərmis lakin bugünı qədər həmin vəsaiti qaytarmamışdır. Surxay Əliyevin cinayətkar şəbəkəsinin ən təhlükəli üzvlərindən biri də Fərhad Kazımovdur. O, bu ailənin qanunsuz əməllərini “hüquqi “ yollarla rəsmiləşdirən şəxsdir. Məlumata görə, Fərhad Kazımov həbsdə olan sabiq baş parkuror Eldar Həsənovun vəzifədə olduğu vaxt onun “qara qutusu” olub və bugün onun müsadirə olunmamış mülklərinin onun adına olduğunu fəxrlə bildirir. Bu cinayətkar şəbəkənin iç üzü ifşa olunarkən ən gözlənilməz məqamlardan biri də Surxay Əliyevin anası Maya Əliyevanın öz oğlanlarından imtina etməsi oldu. O, müvafiq qurumlara ünvanladığı məktubda oğlunun reketçilik və dələduzluqla məşğul olduğunu, insanları şantaj edərək qadınları gizli yollarla imkanlı şəxslərlə görüşdürüb münasibətlərinin gizli yolla çəkilməsi və onlardan bu kimi yollarla pul qazandığını etiraf edib. Maya Əliyeva bildirir: “Bir gün özü kimi dostları ilə bahalı maşınlarla kəndə gəlmişdi. Qonşuluqda olan bir qadın gəlib soruşdu ki, uşaqlar presi neçəyə verirlər, ot, yoxsa yonca presidir. Oğlanlarıma dedim ki, siz o balaca maşına presi necə yığımısız, qonşu gəlib pres istəyir. Dedilər ‘ay ana, biz pres satmırıq, söz satırıq. Bizim üçün fərqi yoxdur iş görsünlər, ya görməsinlər. Biz xox gəlirik, pulumuzun yiyəsiyik. Versələr, yaxşı adamdılar, verməsələr pis. Beləcə, şər-böhtanla işimizi görürük’.” “İndi başa düşdüm ki, mənim dörd oğlum yox, dörd dərdim var imiş. Mən oğluma dedim ki, Abır-həyanızı kişi kimi qoruyun!” “Hansısa dələduza qoşulub dələduzluqla məşğulsunuz. Bir gün bunların hesabını verəcəksiniz. Yaxşısı budur ki, gec deyil, bu şərəfsiz yoldan çəkilin. Axırda qorxum odur ki, bu şərəfsiz yola arvadlarınızı da məcbur edib jurnalist kimi rayonlarda mini geyimdə müdirlərin qarşısını kəsdirəsiniz. Ondansa, yaxşıdı budur, əzəmətli bir yerdə oturub dilənəsən.” “Dövlət çox sağ olsun ki, bunlara yaxşı ad qoyub – reket qəzet məxluqları. Dünya özünü nədən qoruyur, təxribatlardan, yoxsa reket manyaklardan?” Dövlətimiz bunlardan ən qorxulusunu cəzalandırsada cəmiyyət azadlıqda gəzən dəstə üzvlərinin yəni Surxay Əliyevin qardaşları Oqtay Əliyev, Xasay Əliyev və Fərhad Kazımovun layiqli cəzalarını almasını gözləyir. Lakin bu şəbəkənin yüksək vəzifəli şəxslərlə əlaqələrinin olması onun tam ifşa olunmasının qarşısını alır. İndi əsas sual budur: Azərbaycan hüquq sistemi bu cinayətkar ailəni ifşa edərək cəzalandıra biləcəkmi? Bu sualın cavabı isə yaxın günlərdə keçiriləcək məhkəmə proseslərində müəyyən olunacaq.

Top
0.05009913444519