Portuqaliya millisinin və "Ən-Nəsr"in ulduz futbolçusu Kriştianu Ronaldunun şəxsi təyyarəsi Mançesterdəki hava limanında qalıb.
Kriminal.Az "The Sun"a istinadən xəbər verir ki, 40 yaşlı hücumçunun "Bombardier Global Express 6500" təyyarəsinin qiyməti 76 milyon dollardır.
Xəbərdə bildirilib ki, təyyarə pəncərələrindən birində çat yarandığı üçün hava limanında qalıb. Hava gəmisi tam təmir olunanadək heç bir uçuş edə bilməyəcək.
Kriştianu Ronaldunun isə bu təyyarə ilə Mançesterə gedib-getmədiyi məlum deyil.
Daha əvvəl onun təyyarəsinin Mançester şəhərində göründüyü haqda məlumatlar yayılmışdı. Bu, "Mançester Yunayted" azarkeşlərinin forvardın kluba qayıdacağına dair iddialarına yol açmışdı. Onun Asiya Çempionlar Liqasında "Persepolis"lə matç üçün "Ən-Nəsr"in heyətində yer almaması söz-söhbətləri daha da alovlandırıb.
Qeyd edək ki, Ronaldu 2003-2009, 2021-2022-ci illərdə "qırmızı şeytanlar"ın formasını geyinib.