"Qarabağ"ın qapıçısı Sadiq Məmmədzadə karyerasını Serbiyada davam etdirə bilər.
Kriminal.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında "Belqrad" klubunda baxışda olduğunu açıqlayıb.
"Qarabağ"ın icazəsi ilə baxışa yollanan 18 yaşlı Sadiqi bəyənən serblər ona yayadək U-19-da çıxış etməyi, ardından əsas komandada rəqabət aparmağı təklif ediblər.
Qeyd edək ki, "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev gənc qolkiperin Serbiya klubunda yoxlanışda olduğunu təsdiqləyib.