kriminal.az
Zelenski öz NATO-sunu qurmaq niyyətindədir

"Ukraynanı NATO-ya qəbul etməsələr, ölkə öz NATO-sunu qurmağa məcbur olacaq".

Kriminal.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkə hesabında yazıb.

"Əgər Ukrayna NATO-ya üzv olmasa, biz ölkə ərazisində NATO yaratmalı olacağıq, bu isə təcavüzü dəf etmək üçün son dərəcə güclü ordunu saxlamaq anlamına gəlir. Bu, həm də onu maliyyələşdirmək, xeyli sayda öz silahımızı istehsal etmək və saxlamaq, tərəfdaşlarımızın iştirakı haqqında onlarla danışıqlar aparmaq deməkdir", - deyə o bildirib.

Top
0.049756050109863