“Vladimir Putinin Vladimir Zelenskini Moskvaya dəvət təklifi Kiyev və Avropa tərəfindən qeyri-ciddi və tamamilə qeyri-mümkün olduğu üçün rədd edildi. Lakin bi Kiyevin və Avopanın yanlış hərəkəti idi”.
Kriminal.az xəbər verir ki, bu barədə BBC-nin müxbiri Stiv Rozenberq yazıb.
Putinin təklifinin rədd edilməsini siyasi trolluq adlandıran Rozünberqin fikrincə, Kreml bununla demək istəyir ki, biz də sülh istəyirik, lakin bizim şərtlərimiz daxilində. “Şərtlərimiz rədd edilirisə, o zaman sülh də olmayacaq"”, -Rozenberq qeyd edib.
Nəşr eyni zamanda yazıb ki, Putin Ukraynanın razılaşmaya razı olmadığı təqdirdə Rusiyanın bütün hərbi məqsədlərinə nail olacağı ilə hədələyib. Rozenberq qeyd edib ki, Kremlin bu barışmaz mövqe bir çox amillərdən qaynaqlanır:
“Birincisi, rus qoşunları Ukraynadakı döyüş meydanında vəziyyətə nəzarət edir.
İkincisi, diplomatik uğur. Kreml Çin, Hindistan və Şimali Koreya kimi dostları var. Digər tərəfdən Trampla görüşüb və bu Putinin ciddi diplomatik uğuru idi.
Burada mühüm məqam ondna iabrətdir ki, Tramp dəfələrlə Putini ultimatumlarla, sanksiyalarla hədələyib konkret vaxt bəyan etsə də, nəticədə Ağ Ev rəhbəri dediklərinə əməl etməyib. Bu da Kremlə öz şərtlərini irəli sürməyə imakn verir”, - Rozenberq əlavə edib.
O əlavə edib ki, Ukrayna və Avropa ölkələrinin indi əsas hədəfi döyüşləri dayandırıb Kiyev üçün təhlükəsizlik təminatları yaratmaq, Ukrayna ordusunun növbəti işğalın qarşısını almaq üçün kifayət qədər gücə malik olmasını təmin etməyə yönəlib.
Putinin “tunelin sonundakı işıq”la bağlı mövqeyini açıqlayan Rozenberq bildirib ki, Moskva Ukryanada qələbəyə gedən yolu yeni dünya düzəninin qurulmasının Rusiyanın maraqlarına uyğun formada getməsində görməsidir.
Mürtəza