"Azərbaycan KİV-i Avropa İttifaqının yaxın zamanda Ermənistanın müdafiə qabiliyyətinin artırılması üçün Avropa Sülh Fondundan yeni tranş ayırmaq niyyətində olduğu barədə artıq xəbər vermişdi".
Kriminal.Az xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalının yeni buraxılışında deyilir.
"Xatırladaq ki, 2024-cü ildə Avropa İttifaqı artıq Ermənistana Avropa Sülh Fondundan tranş ayırıb: iyulun 22-də Avropa İttifaqı Şurası Ermənistana 10 milyon avro həcmində hərbi yardım göstərilməsi barədə qərar qəbul edib.
Burada qeyd etmək lazımdır ki, yardım mütləq birbaşa silah alınmasına yönəldilməyəcək, lakin bu, ən azı Ermənistanın büdcəsini hərbi məqsədlər üçün ayıracağı vəsaitlərdən azad edəcək.
Avropa Sülh Fondu vasitəsilə yardım keçən ilin aprelində Brüsseldə Ermənistan, ABŞ və Aİ nümayəndələrinin görüşündən sonra mümkün olub" , - deyə materialda bildirilir.
Daha ətraflı süjetdə:
