kriminal.az
Prezidentinin xüsusi nümayəndəsi:

"Azad edilmiş rayonlarda bütün layihələndirmə işləri tamamlamaq üzrədir, bir çox layihələrin tikinti proseslərinə start verilib, qalanları isə bu ilin ikinci yarısında başlayacaq".

Kriminal.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

"2026-cı ilin sonuna qədər dövlət proqramında nəzərdə tutulmuş bütün layihələr tam icra oluması planlaşdırılır.

Xatırladım ki, bu yaxınlarda dövlət başçısının və birinci xanımın Ağdam şəhərinə səfəri zamanı görülən işlərlə bağlı tanışlıq səfəri baş tutub. Bu səfərdə həm birinci, həm ikinci yaşayış kompleksləri, həm Ağdam Muğam Mərkəzi, eləcə də şəhərdə inşa olunan müxtəlif özəl layihələr, o cümlədən "Hilton Garden Inn"lə tanışlıq baş tutub, məktəb, körpələr evi və digər obyektlərlə tanışlıq həyata keçirilib.

Məlumat üçün qeyd edim ki, sadəcə olaraq bu il ərzində Ağdamın şəhərin ətrafında olan üç kəndə və Ağdam şəhərinin özünə on minə yaxın əhalinin köçürülməsi nəzərdə tutulur.

Ümumilikdə isə 2026-cı ilin sonuna qədər nəzərdə tutulan Ağdam şəhərinə 20 mindən çox əhalinin köçürülməsini nəzərdə tutulur",- deyə E. Hüseynov bildirib.

Aləmdə Nəsib

Top
0.048549890518188