Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
Kriminal.Az-ın məlumatına görə, nazir bu barədə "X" sosial media hesabında yazıb.
"Uzun illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm.
Türkiyə dünən olduğu kimi, bu gün də və hər zaman Can Azərbaycanın yanındadır", - deyə paylaşımda qeyd olunub.