Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin növbəti görüşünün yeri məlum olub.
Kriminal.Az Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Türkiyəyə səfərini və həmkarı Hakan Fidan ilə görüşünü şərh edərkən deyib.
"Biz bölgədə əməkdaşlığı necə qurmalı olduğumuzu çox ətraflı müzakirə etdik. Hər ikimiz Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli formatda əməkdaşlığı alqışlayırıq. Biz, həmçinin yaxın gələcəkdə üçtərəfli görüş keçirmək qərarına gəldik. Bunu Türkiyə tərəfi təşkil edəcək. Bu formatda münasibətləri möhkəmləndirmək bölgə əməkdaşlığı üçün çox vacibdir. Maraqlardan çıxış edərək qurulan üç ölkə arasındakı möhkəm əməkdaşlıq və strateji tərəfdaşlıq bütün regionun xeyrinə olan müxtəlif layihələrin həyata keçirilməsinə kömək etməlidir", - deyə Maka Boçorişvili bildirib.