Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində paylanılıb.
Kriminal.Az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı səfirliyi "X" hesabında məlumat yayıb.
Bildirilib ki, humanitar yardımın paylanması aksiyasında Azərbaycan səfirliyi də iştirak edib.
Məlumata görə, Azərbaycan Respublikasının qardaş Suriya xalqına təqdim etdiyi 200 ton humanitar yardımdan səkkiz min məcburi köçkün ailəsi yararlanıb ki, bu da öz növbəsində, 32 000 - 40 000 arası insan deməkdir.
شاركت سفارة جمهورية أذربيجان لدى الجمهورية العربية السورية في عملية توزيع المساعدات الإنسانية في مخيم النازحين الكائن في قرية قره كوبري بمحافظة حلب (٢٦.٠٢.٢٠٢٥)
— AZEmbassySyria (@AZEmbassySyria) February 27, 2025
Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində təşkil edilmiş humanitar yardımın paylanması… pic.twitter.com/zVsUDbULz0