kriminal.az
Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın həyatı filmə çəkilib

Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın həyatı filmə çəkilib.

Kriminal.Az xəbər verir ki, "Mədəniyyət" TV-də yayımlanan "Hər şey yaxşı olacaq" sənədli filmi Hökumənin dilindən səslənən son cümləyə həsr olunub.

Filmdə Hökumənin ailə üzvləri, yaxınları onunla bağlı xatirələrini bölüşüblər.

Süjetdə həmçinin H.Əliyevanı canlandıran xanım personajı da görmək mümkündür.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus, "Embraer 190" tipli sərnişin təyyarəsinin bələdçisi Hökumə Cəlil qızı Əliyeva xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Həmin görüntüləri təqdim edirik:

Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın həyatı filmə çəkilib

Top
0.064435005187988