kriminal.az
Tomas Bax BOK-un ömürlük fəxri prezidenti olacaq

Tomas Bax Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri kimi səlahiyyət müddəti başa çatdıqdan sonra ömürlük fəxri prezident statusu alacaq. Bu qərar BOK-un Yunanıstanda keçirilən 144-cü sessiyasında qəbul edilib.

Kriminal.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, BOK-da prezident seçkisi 20 martda keçiriləcək və yeni sədr 24 iyunda Baxın yerinə keçəcək.

Bax 71 yaşındadır və 2013-cü ildə BOK prezidenti seçilərək səkkiz illik səlahiyyət müddətinə başlayıb. 2021-ci ildə isə o, dörd illik müddətə yenidən seçilib.

Top
0.057175874710083