Rusiya Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə məsləhətləşmələr aparmağa hazırdır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat brifinqində bildirib.
"Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dəstək üzrə nazirin xüsusi nümayəndəsi İqor Anatolyeviç Xovayev uyğun məsləhətləşmələr aparmaq üçün regiona gəlməyə hazırdır", - deyə diplomat sülh müqaviləsinin imzalanmasına dair suala cavab verərkən bildirib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan hələ razılaşdırılmış sənədin versiyasını dərc etməyiblər.