kriminal.az
Pakistan səfiri Azərbaycana başsağlığı verib

Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin həlak olması ilə bağlı başsağlığı verib.

Kriminal.Az-ın məlumatına görə, səfir "X" sosial şəbəkəsində yazıb:

"Martın 19-da Gədəbəydə qar uçqunu nəticəsində iki əsgərin faciəvi şəkildə həlak olması ilə bağlı qardaş Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Dualarımız onların ailələri ilədir".

Xatırladaq ki, martın 19-da Gədəbəy istiqamətində qar uçqunu nəticəsində Azərbaycan ordusunun iki əsgəri - Əli İmanov və Ruslan Həmidov - həlak olub. Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin keçirdiyi birgə axtarış tədbirləri nəticəsində hər iki əsgərin meyiti tapılıb və ailəsinə təhvil verilib.

Top
0.050808191299438