kriminal.az

"Beşiktaş"la səfər derbisinin hazırlıqlarını davam etdirən "Qalatasaray"da əhval-ruhiyyə yüksəkdir. Xüsusilə zədə problemi olan ulduz futbolçularından "sarı-qırmızılar"a şad xəbər gəlib.

Oxu.Az "Fanatik"ə istinadən xəbər verir ki, "Qalatasaray"da bütün gözlər "Beşiktaş"la səfər derbisindədir. Çempionluq yolunda kritik olan mübarizə öncəsi "Cim-bom"da müsbət irəliləyişlər var.

Belə ki, futbolçularına qələbəyə görə milli komandaların toplanışı ilə əlaqədar yaranan fasilə ərəfəsində bonuslarını hesablarına yatıran "sarı-qırmızı"lı rəhbərlik, onların derbi konsentrasiyasını daha da artırmağı planlaşdırır.

Top
0.053997039794922