Ermənistan parlamenti respublikanın Aİ-yə qoşulması prosesinin başlanması haqqında qanun layihəsini ikinci və yekun oxunuşda qəbul edib.
Oxu.Az bu barədə "Sputnik Ermənistan"a istinadla xəbər verir.
Bildirilib ki, sənədin lehinə 64, əleyhinə 7 deputat səs verib, bitərəf qalan olmayıb.
Müxalifətdəki "Hayastan" fraksiyası səsverməyə qatılmayıb.