kriminal.az
ABŞ-nin Ermənistanda səfiri geri çağırıldı: Hakim qarşısına çıxarılır

ABŞ-nin Ermənistanda səfiri Kristina Kvin tezliklə tutduğu vəzifəni tərk edəcək.

Kriminal.Az-ın məlumatına görə, bu barədə "İravunk" qəzeti öz mənbələrinə istinadən yazıb.

Bildirilib ki, onun geri çağırılması ilə bağlı qərar 10-15 gün əvvəl qəbul olunub, lakin diplomat öz vəzifəsini bir ay sonra tərk edəcək.

"Kvin ABŞ-də hakim qarşısına çıxa bilər. Ona qarşı suallar Ermənistana gəlməzdən əvvəl ABŞ-nin Ukraynada müvəqqəti işlər vəkili olması ilə bağlıdır", - deyə nəşrdə vurğulanıb.

Kvini neytral diplomatın əvəz edəcəyi qeyd olunub.

Top
0.056875944137573