kriminal.az
Urmiya hadisələrinin əks-sədası

Novruz bayramı ərəfəsində və İran təqvimi ilə yeni 1404-cü ilin ilk günlərində qədim türk və Azərbaycan şəhəri Urmiyada baş verənlər, üstündən bir neçə gün keçməsinə baxmayaraq, ölkə gündəminin qızğın mövzularından biri olaraq qalmaqdadır.

Oxu.Az xəbər verir ki, bununla bağlı "Azad İran" "YouTube" kanalı videosüjet hazırlayıb.

Hadisələrə İranda və ölkə xaricində ən müxtəlif izahlar və şərhlər verilsə də, məsələnin mahiyyəti qısaca olaraq belədir: martın 18-də, yəni axır çərşənbə günündə Urmiyada İran hakimiyyətinin rəsmi icazəsi ilə kürdlərin bayram şənliyi baş tutub.

Bundan əvvəl şəhər əhalisinin mütləq əksəriyyətini təşkil edən Azərbaycan türklərinin bayram tədbiri keçirməklə bağlı analoji müraciətinə hakimiyyət orqanları "yox" cavabı verib.

Bu azmış kimi, kürdlərin şənliyində İraq Kürdüstanının bayrağı dalğalandırılıb, PKK-PJAK simvolikası yer alıb və "Urmiya Kürdüstandır" şüarı səsləndirilib. Təbii ki, bu da Urmiya azərbaycanlılarının qəzəbinə səbəb olub və onlar martın 22-də İmam Əlinin vəfatı münasibətilə hökumətin təşkil etdiyi mərasimdə kürd təşkilatlarının ərazi iddialarına cavab veriblər.

Yüzminlərlə insanın qatıldığı tədbirdə "Bu torpaqdan pay olmaz / Urmu Kürdüstan olmaz", "Urmiya bozqurdumuz / Azərbaycan yurdumuz", "Urmiya türkündür / Türkün qalacaq" kimi şüarlarla gəlmələrin Urmiyaya sahiblənmək iddiasına sərt və birmənalı reaksiya göstərilib.

Nəticə etibarilə, hökumət orqanlarının təşkil etdiyi dini mərasim Azərbaycan türklərinin öz milli kimliyinə və tarixi torpaqlarına sarsılmaz bağlılığını nümayiş etdirdiyi yürüş-mitinqə çevrilib.

Ətraflı süjetdə:

Urmiya hadisələrinin əks-sədası

Top
0.055408954620361