Fransa Ukraynaya 2 milyard avro məbləğində yeni hərbi yardım paketi ayırır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Yardım paketinə MILAN tank əleyhinə raketlər, hava hücumundan müdafiə vasitələri, MICA raketləri, aviasiya üçün raketlər, "Mistral" yerüstü müdafiə raketləri, AMX-10RC zirehli maşınları, distant idarə olunanlar da daxil olmaqla döyüş sursatları daxildir.
Həmçinin Fransanın müdafiə müəssisələri ilə əməkdaşlıq çərçivəsində Ukraynada texnika istehsalı maliyyələşdiriləcək.
Xatırladaq ki, Zelenski martın 27-də keçiriləcək təhlükəsizlik sammitinə hazırlıq məqsədilə Parisə səfər edib.