kriminal.az
Netanyahu: İran nüvə bombasını husilərə ötürmək istəyirdi

İranda rejim dəyişikliyi İsrailin ölkə rəhbərliyinə hücumları nəticəsində mümkündür. O, həmçinin iranlıların kütləvi təxliyəsi barədə məlumat verib və qeyd edib ki, İran bunu gizlədir.

Kriminal.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.

O həmçinin qeyd edib ki, kəşfiyyat məlumatları İranın husilərə nüvə bombası çatdırmaq istədiyini göstərib: “Bizim kəşfiyyatımız göstərir ki, onlar ABŞ-yə çata bilən qitələrarası ballistik raketlər hazırlamağa başlayıblar”. 

Netanyahu əlavə edib ki, İsrail İsfahandakı reaktoru məhv edib, onsuz nüvə silahı hazırlamaq mümkün deyil, həmçinin Natanzdakı reaktoru da məhv edib.

Bundan əlavə, Netanyahu İİKK kəşfiyyat xidmətinin rəhbəri və onun müavininin öldüyünü bildirib.

Top
0.059283971786499