kriminal.az
Rafael Ağayev: "Hər şey bir saniyənin içində dəyişə bilər"

"Federasiyadan iş gözləmirəm”.

Kriminal.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev deyib.

40 yaşlı idmançı yanvarda Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti postundan istefa verdikdən sonra yenidən oradan iş təklifi alıb-almaması ilə bağlı suala belə cavab verib:

"Bu mövzu barədə danışmaq istəmirəm. Federasiyada hamıya uğurlar arzu edirəm. Həyatda hər şey bir saniyənin içində dəyişə bilər. Yolumuza davam edirik. Gələcəkdə hər şey ola bilər. Kim harada olursa-olsun, ilk növbədə, insan olmaq, dürüst olmaq lazımdır. Heç kimin haqqına girmədən harada oluruqsa-olaq, bu günümüzə şükür”.

Top
0.053455829620361