kriminal.az
Arda Gülerdən möhtəşəm qol və assist - VİDEO

"Kral klubu"nun türkiyəli gənc futbolçusu İspaniya La Liqasının 34-cü turunda möhtəşəm performansı ilə diqqət çəkib.

Kriminal.az xəbər verir ki, doğma meydanda "Selta Viqo"nu qəbul edən madridlilər rəqibi məğlub edib.

Qarşılaşmada hesabı 33-cü dəqiqədə Arda Güler açıb. Kilian Mbappe 39 və 48-ci dəqiqələrdə fərqlənməklə dubla imza atıb. "Real Madrid"in forvardının ikinci qolunun məhsuldar ötürməsini Arda Güler yerinə yetirib.

Qonaqlar isə 69 və 76-cı dəqiqələrdə fərqləniblər.

Xallarını 75-ə çatdıran "Real Madrid" birinci pillədəki "Barselona"dan dörd xal geri qalır.

Top
0.053555011749268