kriminal.az
Qonşuları "Barselona" ulduzundan şikayət edirlər

"Barselona"nın hücumçusu Ansu Fati öz mənzilində səs-küylü yığıncaqlar təşkil edərək qonşuları narahat edir.

Kriminal.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Məlumata görə, qonşular gecəyarısından başlayaraq səhərə qədər davam edən, qışqırıq və yüksəksəsli musiqi ilə müşayiət olunan əyləncə mərasimlərindən şikayət edirlər. Onlar dəfələrlə musiqini söndürməyi xahiş etsələr də, bu, heç bir nəticə verməyib.

Polis Fatinin səs qaydalarını pozduğuna görə dəfələrlə cərimələsə də, vəziyyət dəyişməyib. Buna görə də, qonşular media orqanlarına müraciət ediblər.

Top
0.05902099609375