kriminal.az
Yayda sizi incə göstərəcək 3 geyim - FOTO

Şübhəsiz ki, əksər qadınlar yay aylarında daha incə və fit görünmək istəyir.

Kriminal.az xəbər verir ki, bəzi geyim hiylələri ilə isti aylarda bədənimizdəki qüsurları örtmək mümkündür.

Odur ki, yayda sizi daha incə göstərəcək 3 geyim formasını təqdim edirik:

1. Yüksək bel şort+qısa boylu mayka (krop top)

Yüksək bel şortlar beli vurğulayır və ayaqları daha uzun göstərir. Krop top isə belin ən incə nöqtəsini ortaya çıxararaq bədən nisbətlərini tarazlaşdırır. Pambıq və ya kətan parçalara üstünlük verin.

2. Belə oturan V yaxalı və ya kavdrat yaxalı paltarlar

V yaxa və ya kvadrat yaxa boyunuzu daha uzun, gövdənizin yuxarı hissəsini isə daha zərif göstərəcək. Belinizə oturan paltarlar qum saatı görünüşünü təmin edəcək. Dizdən yuxarı və ya midi uzunluqlu paltarlar ayağınızın uzunluğunu kəsmədən zərif görünüş yaradacaq.

3. Yüksək bel və geniş balaqlı şalvar+incə asqılı üst geyimi( köynək)

Yüksək bel şalvar beli incə göstərəcək, geniş balaqlar isə ayaq və omba tarazlığını qoruyacaq. Bədəninizin gövdə hissəsində incə asqılı geyimin olması bədəni daha taraz göstərəcək. Eyni rəngdə seçilmiş geyimlər sizə daha uzun və incə görünüş verəcək.

Billurə

Top
0.05430006980896