ABŞ Dövlət Departamentinin Avropa məsələləri üzrə müavin köməkçisi Coş Hak və Avropa üzrə baş müşaviri Vayatt Tölken Azərbaycanda səfərdədir.
Kriminal.az xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Azərbaycandakı Səfirliyi sosial şəbəkə hesablarında paylaşıb.
“Nümayəndə heyəti Azərbaycana yüksəksəviyyəli rəsmilərlə görüşmək və ABŞ-nin maraqlarını, iqtisadi rifahı və regional təhlükəsizliyi təşviq edən ikitərəfli dialoqu davam etdirmək məqsədilə səfər edib”, - deyə məlumatda qeyd olunub.